A. Calilov küç. bina 26, mən. 3A, Xətai r., Bakı +(994) 50 347-92-51, +(994) 55 222-75-54

Hüquq Torpaq Məsələlərİ və Ekspertİza MərkəZİ

Məhdud Məsuliyyətli Cəmiyyəti qanunvericiliyə uyğun ödənişli əsaslarla məhkəmələrin, prokurorluq və polis orqanlarının, icra və probasiya şöbələrinin, vəkillərin, hüquqi və fiziki şəxslərin müraciətləri əsasında, mülki, cinayət, inzibati və digər hüquq münasibətlərindən irəli gələn daşınan və daşınmaz əmlakların qiymətləndirilməsini, o cümlədən torpaqla bağlı yaranan mübahisələrlə əlaqədar təqdim olunmuş plan ölçü sənədlərinə uyğun real vaxt rejimində GPS aləti vasitəsi ilə Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyalarına (AzPOS) bağlanılmaqla koordinatların yerində müəyyən edilməsi, bununla torpaq mülkiyyətçilərinin və istifadəçilərinin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin dəqiq planının (eni, uzunu, sahəsi və s.) müəyyən edilməklə, torpaq istifadəçilərinin qonşu torpaq istifadəçiləri ilə münasibətlərinin həlli, eyni zamanda koordinatları müəyyən edilmiş torpaq sahəsinin hansı mülkiyyət növünə aid olması müəyyən edilməklə müvafiq mütəxəssis və ekspert rəylərinin, mübahisələrə dair məsləhətlərin, izahatların, yazılı və şifahi arayışların verilməsi, eləcə də Cəmiyyətin nizamnamə ilə fəaliyyət istiqamətinə daxil olan: mineral xammalın, gəmilərin və üzən qurğuların, heyvan, bitki və sair daşınan əmlakın, fəaliyyət göstərən müəssisələrin, o cümlədən istehsal sferası müəssisələrinin, girov və borc öhdəlikləri təminatlarının və qeyri-istehsal sferası müəssisələrinin, qeyri-maddi obyektlərin, əmlak və s. hüquqların, intellektual mülkiyyətin qiymətləndirilməsi və iqtisadi ekspertizalar xidmətləri ilə qarşınızdadır.