A. Calilov küç. bina 26, mən. 3A, Xətai r., Bakı +(994) 50 347-92-51, +(994) 55 222-75-54

Xidmətlərimizə torpaq məsələləri, koordinatların müəyyən edilməsi, mütəxəssis rəyi və bütün növ qiymətləndirmələr daxildir

deyerlendirme emlak qiymetlendirme

Əmlakın qiymətləndirilməsi

-daşınar və daşınmaz əmlaklar
-mineral xammal
-gəmilər və üzən qurğular
-heyvan, bitki və sair daşınan əmlak
-fəaliyyət göstərən müəssisələr
-istehsal sferası müəssisələri
-girov və borc öhdəlikləri təminatları
-qeyri-istehsal sferası müəssisələri
-qeyri-maddi obyektlər
-intellektual mülkiyyət

-Müəssisələrin dəyərinin aşağıdakı məqsədlər üçün qiymətləndirilməsi:

 
1. Məhkəmə
2. Bölünmə
3. Birləşmə
4. Balansa götürmə
5. Alqı-satqı
 
 

 

Avtomobillərin qiymətləndirilməsi onun ümumi vəziyyətini dəyərləndirməyə tez və dəqiq analiz etməyə, ilk baxışda nəzərə çarpmayan nüansları bilməyə şərait yaradır. Aşağıdakı hallarda avtomobillərin qiymətləndirilməsinə ehtiyac duyulur.
1. Varislik zamanı
2. Bağışlanarkən
3. Alqı-satqı zamanı
4. Vergi təyin edildikdə
5. Kredit götürmə zamanı
6. Sığorta zamanı
7. Əmlak bölgüsü zamanı
8. Mübahisəli məhkəmə işi olduqda və s.
 
Qiymətləndirmə üçün daha çox alqı-satqı zamanı müraciət olunur. Qiymətləndirmə zamanı bütün detallar nəzərə alınmalıdır. Bunlara avtomobilin texniki vəziyyəti, istehsal və istismar ili, yürüyüşü və s. göstərmək olar.
 

 

-Mənzillərin müstəqil qiymətləndirilməsi Azərbaycanın daşınmaz əmlak bazarında ən çox tələbat olan xidmətlərdən biridir. Mənzilin dəyərinin qiymətləndirilməsi daşınmaz əmlak obyektinə mülkiyyət hüququ və ya qiymətləndirilən daşınmaz əmlak obyektinə münasibətdə digər hüquqların bazar dəyərinin müəyyən edilməsini nəzərdə tutur.
Mənzilin qiymətləndirilməsi xidməti aşağıdakı hallarda tələb oluna bilər:
1. Girov dəyərinin müəyyən edilməsi
2. İpoteka sövdələşməsi həyata keçirilən zaman dəyərin təsdiqlənməsi
3. Əmlak mübahisələri zamanı məhkəmə orqanları üçün bazar dəyərinin müəyyən edilməsi
4. Mənzilin miras alınması
5. Mənzil icarəsi (icarə haqqının qiymətləndirilməsi)
6. Mənzil satışı.
 
 

 

– Vaxtaşırı qiymətləndirilməsi tələb olunan daşınmaz əmlak növlərindən biri də torpaq sahələridir. Tikililərdən fərqli olaraq ilk baxışda yalnız boş sahə kimi daha konkret olan əmlak kimi görünsə də, əslində torpaq sahələri də müxtəlif təyinatlı olduğundan çox fərqli dəyərlərdə ola bilir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə sahibkarlıq təyinatlı torpaq sahələri arasında kifayət qədər dəyər fərqi olur. Ümumiyyətlə isə torpaq sahələri aşağıdakı təyinatlı növlərə bölünür:
1. Mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi
2. İri tikintilər üçün sahibkarlıq təyinatlı torpaq sahəsi
3. İcarə müqaviləsi üzrə istifadə edilən torpaq sahəsi
4. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi
5. Dövlət istifadəsində olan torpaq sahələri
Torpaq sahələri qiymətləndirilərkən ilkin olaraq onun təyinatı nəzərə alınmaqla bir sıra digər xüsusiyyətlər də əsas götürülür. Digər əmlak növlərindəki kimi ilk növbədə yerləşdiyi yer nəzərə alınmaqla, torpaq sahəsinin quruluşu, infrastruktur təminat, təklifin məhdudluğu, relyefi və digər mühüm elementlər əmlakın dəyərinə təsir edə bilər.
Torpaq sahəsinin qiymətləndirilməsi zamanı digər xüsusi bir məqam üzərində tikinti sahəsinin olması ilə bağlıdır. Yəni qeyri-məşğul (boş) torpaq sahəsi ilə üzərində yaxşılaşdırma işlər (relyefinin hamarlanması və tikinti işləri) aparılmış torpaq sahələrinin qiymətləndirilməsi fərqli yanaşmalar tələb edir.
 
 

 

Tikinti ekspertizası instrumental təhlil və mövcud normativ, dizayn və ya qanuni sənədlərin təhlil məlumatlarının müqayisəsinə əsaslanan tikinti fəaliyyətinə nəzarət formasıdır.

Ekspertizanın tərkibinə aşağıdakı fəaliyyət sahələri daxildir:
1. Daşınmaz əmlakın qiymətləndirilməsi.
2. Daşınmaz əmlakın , o cümlədən fərdi yaşayış evlərinin, mənzillərin, qeyri-yaşayış sahələrinin, və s. texniki cəhətdən bölünməsinin mümkünlüyünün olub-olmaması.
3.Daşınmaz əmlaka dəymiş ziyanın (suyun sızması, baş vermiş yanğın və digər təbii fəlakət nəticəsində) müəyyən olunması.
4. Daşınmaz əmlakın tikintisinin tikinti norma və qaydalarına , eləcə də şəhərsalma və tikinti məcəlləsinə uyğun olub-olmamasının müəyyən edilməsi.
5. Daşınmaz əmlakın tikinti təmirinə , inşasına, yenidənqurma və quraşdırma işlərinə sərf olunmuş vəsaitin müəyyən olunması.

 
 
 

Torpaq mübahisələri ilə bağlı rəylərin verilməsi

Mütəxəssis rəyi – məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir.


Azərbaycan ərazisində
-müvafiq mütəxəssis və ekspert rəyləri
-mübahisələrə dair məsləhətlərin, izahatlar
-yazılı və şifahi arayışların verilməsi
-təqdim olunmuş plan ölçü sənədlərinə uyğun real vaxt rejimində GPS aləti vasitəsi ilə Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyalarına (AzPOS) bağlanılmaqla koordinatların yerində müəyyən edilməsi
-torpaq mülkiyyətçilərinin və istifadəçilərinin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin dəqiq planının (eni, uzunu, sahəsi və s.) müəyyən edilməsi
-torpaq istifadəçilərinin qonşu torpaq istifadəçiləri ilə münasibətlərinin həlli,
-koordinatları müəyyən edilmiş torpaq sahəsinin hansı mülkiyyət növünə aid olması müəyyən edilməsi
-əmlak məsələləri dövlət xidməti